Ukrayna ilə sərhədə yaxın iki vilayətində hücumlar baş verib.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi pilotsuz təyyarələrin vurulduğunu, 5 nəfərin isə yaralandığını qeyd edib.
Hücumdan sonra qatar stansiyasında yanğın baş verib. Vilayətin qubernatoru Roman Starovoit stansiyada 50 sərnişinin olduğunu bildirib. Stansiya bir müddət bağlanıb.
Hücumun həyata keçirildiyi digər şəhər Rostov olub. Rostov qubernatoru xəsarət alanların və dağıntıların olmadığını bildirib.
Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova vağzalda baş verən yanğını qınayıb.
Ukraynadan bununla bağlı heç bir açıqlama verilməyib.
Ay Tac
















