Rusiya müharibənin 1263-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 665 təyyarəsi, 283 helikopteri, 75 813 PUA-sı, 625 zenit-raket kompleksi, 24 504 tank və digər zirehli texnikası, 1 584 reaktiv yaylım atəş sistemi, 28 318 artilleriya və minaatanı, 39 356 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.