• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Melaniya Tramp Kiyevdə birinci xanımların sammitində iştirak etməyəcək

DÜNYA

08 Sentyabr 2025 | 17:40

Melaniya Tramp Kiyevdə birinci xanımların sammitində iştirak etməyəcək

ABŞ-nin birinci xanımı Melaniya Tramp Kiyevdə keçiriləcək birinci xanımlar və cənabların beşinci sammitində iştirak etməyəcək.

Bakıvaxtı.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukraynanın birinci xanımı Yelena Zelenskaya sammit ərəfəsində keçirilən mətbuat konfransında bildirib.

"Birləşmiş Ştatların birinci xanımı da dəvət edilib. Təəssüf ki, bu dəfə o, iştirak etməyəcək, lakin biz bu ayın sonunda Nyu-Yorkda görüşlər planlaşdırırıq. Düşünürəm ki, bu gün Kiyevdə müzakirə olunacaq mövzular Nyu-Yorkda da müzakirə ediləcək", - Y.Zelenskaya qeyd edib.

Xatırladaq ki, Kiyevdə birinci xanımlar və cənabların beşinci sammiti 10-11 sentyabr tarixlərində keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026