• Bakı 22° C

    6.67 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Rusiya və Ukrayna əsir mübadiləsi edib

DÜNYA

31 Yanvar 2024 | 17:05

Rusiya və Ukrayna əsir mübadiləsi edib

Bu gün Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. 

Məlumata görə, 195 ukraynalı hərbçi eyni sayda rusiyalı hərbçi ilə mübadilə edilib. 

Bildirilir ki, təhvil alınan rusiyalı hərbçilər Rusiya Hərbi Kosmik Qüvvələrinin hərbi-nəqliyyat təyyarələri ilə Moskvaya aparılacaq. 

Xatırladaq ki, iki ölkə arasında əsir mübadiləsi yanvarın 24-ü baş tutmalı idi. Ukraynalı hərbi əsirləri daşıyan İl-76 təyyarəsi Belqorod vilayətində qəzaya düşüb. Hadisə zamanı təyyarədə olan 65 ukraynalı əsir, 6 ekipaj üzvü və 3 müşayiətçi həlak olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR