• Bakı 11° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiya yeni silahları sınaqdan keçirdi

DÜNYA

09 Aprel 2024 | 10:20

Rusiya yeni silahları sınaqdan keçirdi

Rusiya ordusu Ukraynanın cənubunda və Donbas bölgəsində davam edən qarşıdurmalarda yeni istehsal etdiyi silahların sınaqlarını davam etdirir.

Bakıvaxtı.az Haberrus-a istinadən xəbər verir ki, Rusiya tərəfində döyüşən Espanyola dəstəsinin könüllüləri münaqişələrdə ilk dəfə olaraq Kalaşnikov seriyasına aid olan səssiz, kiçik ölçülü yeni hazırlanmış rus avtomatı AMB-17-dən istifadə etməyə başlayılar.

Uzun illər Rusiya ordusunda istifadə edilən “Val” və “Vintorez”i əvəz etmək üçün nəzərdə tutulan silahın çəkisi 2,9 kiloqram, uzunluğu isə 850 millimetrdir (lülə uzunluğu 200 millimetr).

Qeyd edək ki, bənzər bir pulemyot 70-ci illərin sonlarında Evgeni Dragunov tərəfindən hazırlanıb, lakin layihə ləğv edilib. Ukraynada başlayan münaqişələr müdafiə sənayesində əvvəllər yarımçıq qalmış bir çox layihələrin və silahların müasir texnologiya ilə yenilənməsinə və yenidən kütləvi istehsala buraxılmasına şərait yaradıb.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026