Rusiyanın Vladimir vilayətində avtobus yük maşını ilə toqquşub.
Bakıvaxtı.az Rusiya KİV-ə istinadən xəbər verir ki, nəticədə 22 nəfər xəsarət alıb.
Onlardan 16-sı xəstəxanaya yerləşdirilib.
Məlumata görə, Yaroslavldan Moskvaya doğru hərəkət edən sərnişin avtobusu həmin istiqamətdə gedən yük maşını ilə toqquşub. Hadisə nəticəsində həlak olan yoxdur.















