• Bakı 25° C

    0.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Rusiyada ağır qəza - 5 ölü, 8 yaralı - VİDEO

DÜNYA

28 Yanvar 2024 | 09:16 | Müəllif: Subhan Mahmudov

Rusiyada ağır qəza - 5 ölü, 8 yaralı - VİDEO

Rusiyanın Krasnodar diyarında ağır yol qəzası baş verib. 

Bakıvaxtı.az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, Moskvadan Nalçik istiqamətində hərəkət edən “Neoplan” sərnişin avtobusu Krasnodar diyarında magistral yolda “Hyundai” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində 5 nəfər ölüb, daha 8 nəfər yaralanıb.

İlkin məlumata görə, avtobus sürücüsü sükan arxasında yuxulayıb və qarşıdan gələn nəqliyyat yoluna çıxaraq yük maşını ilə toqquşub.

Hadisə yerində xilasedicilər və həkimlər işləyir.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR