Rusiyada “An-12” tipli nəqliyyat təyyarəsi radarlardan itib.
Bakıvaxtı.az “RİA Novosti”yə istinadən xəbər verir ki, təyyarə Yakutskdan İrkutska uçuş həyata keçirərkən radarlardan itib.
Fövqəladə Hallar Nazirliyi təyyarənin eniş zamanı itdiyini təsdiqləyib. Məlumata görə, təyyarənin göyərtəsində 8 nəfər var.
***
Sibir avi-axtarış xilasetmə mərkəzinin verdiyi məlumata görə, təyyarə İrkutskda qəzaya uğrayıb.
İlkin məlumatlara görə, təyyarə Pivovarixa kəndində aerodromun yaxınlığında qəzaya düşüb. FHN-nin məlumatına görə isə, təyyarə qəzaya uğrarkən yanıb. Hadisə yerinə yanğınsöndürən və xilasedici bölmələri göndərilib.
















