• Bakı 20° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.0614

Rusiyada təyyarə qəzaya uğrayıb

DÜNYA

03 Oktyabr 2025 | 15:44

Rusiyada təyyarə qəzaya uğrayıb

Rusiyanın Krasnoyarsk vilayətində An-2 təyyarəsi qəzaya uğrayıb.

Bakıvaxtı.az xəbər verir ki, Qərbi Sibir Nəqliyyat Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, təyyarədə iki nəfər olub.

“İlkin məlumatlara görə, bu gün yerli vaxtla saat 17:00 radələrində “Borus” MMC-yə məxsus An-2 təyyarəsi hava işlərini başa vurduqdan sonra Krasnoyarsk diyarının Ermakovski rayonuna sərt eniş edib”, - məlumatda deyilir.

Qeyd olunub ki, qəzaya uğrayan An-2 təyyarəsi hərbi bazanın yaxınlığına düşüb.

Qəza nəticəsində 1 nəfərin öldüyü bildirilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR