• Bakı 10° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Yanacaqdoldurma məntəqəsində partlayış: 35 ölü, 105 yaralı - YENİLƏNİB

DÜNYA

15 Avqust 2023 | 11:39

Yanacaqdoldurma məntəqəsində partlayış: 35 ölü, 105 yaralı - YENİLƏNİB

Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərindəki yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı artır.

Bakıvaxtı.az bu barədə Rusiya mətbuatına istinadla xəbər verir.

Məlumatda faciədə ölənlərin sayının 35 nəfər çatdlğı qeyd olunur.

***

11:33

Rusiyanın Dağıstan Respublikasının paytaxtındakı Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində baş verən partayışda ölən və yaralananların sayı artır.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyi, son məlumatlara görə, 30 nəfərin həyatını itirdiyini, 105 nəfərin yaralandığını açıqlayıb.

Partlayışdan sonra FHN-ə bağlı onlarla yanğınsöndürən bölgəyə köçürülüb. FHN dünən gecə meydana gələn hadisə ilə bağlı açıqlamasında yanğının söndürüldüyünü bildirib.

Partlayış nəticəsində əmələ gələn dağıntılar üzərində FHN əməkdaşlarının işləri davam etdirdiyi bildirilən açıqlamada, saat 09:00-a kimi daha 3 nəfərin cəsədlərinə çatıldığı açıqlanıb.

Ay Tac

***

00:49

Rusiyanın Dağıstan Respublikasının paytaxtındakı Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində partayış baş verib.

Bakıvaxtı.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər ölüb.

Hadisə nəticəsində 50-dən çox insan yaralanıb, ölənlər arasında uşaqlar da var.

Yanğın yaxınlıqdakı evlərə də keçib. Daha bir partlayış təhlükəsi var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026