• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Rusiyadan ABŞ-a inanılmaz "barışıq" TƏKLİFİ

DÜNYA

25 Iyun 2022 | 15:43 | Müəllif: Subhan Mahmudov

Rusiyadan ABŞ-a inanılmaz "barışıq" TƏKLİFİ

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov ABŞ-ın Əfqanıstandakı keçmiş səfiri Zalmay Xəlilzada "gizli barışıq" təklif edib.

Bakıvaxtı.az  Axar.az-a istinadən xəbər verir ki, bu iddia ilə "Politiko" nəşri çıxış edib.

Nəşr qeyd edib ki, rusiyalı diplomat "Kiyevdəki nasistləri" qorxutmağa çalışıb:

"Diplomatların Corctaundakı "Cafe Milano" restoranında nahar etdikləri qeyd edilir. Xəlilzad Rusiyadan olan həmkarını Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymağın yolunu tapmağa çağırıb.

Qarşılığında rus səfir Xəlilzaddan "ABŞ-da burada yaşayan çoxlu yəhudi varmı? Niyə onlar Kiyevdə baş verən hər şeyə dözürlər?" - deyə soruşub.

Bundan sonra Antonov Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkənin gələcəyini məhv etdiyindən şikayətlənməyə başlayıb. Sonrakı söhbət zamanı rusiyalı diplomat hətta bəyan edib ki, Rusiya hörmət tələb edir və ABŞ-ın Rusiyaya hörmət etməsini istəyir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR