• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Rusiyadan bəyanat: Vəziyyət gərginləşərsə, məsuliyyət...

DÜNYA

03 Aprel 2024 | 10:58

Rusiyadan bəyanat: Vəziyyət gərginləşərsə, məsuliyyət...

 “BMT Təhlükəsizlik Şurasının üzvləri hərəkətə keçməlidir”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi İsrailin İranın Suriyadakı konsulluğuna endirdiyi və iki yüksək səviyyəli general da daxil olmaqla 7 İnqilab Keşikçisinin ölümünə səbəb olan zərbəni pisləyən bəyanat layihəsində bildirilir.

“Başqa bir ölkənin diplomatik missiyası hücuma məruz qalsa nə olacaq? Təhlükəsizlik Şurasının üzvü? Qərb dövləti?”, - deyə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski öz Telegram kanalında yazıb.

Bəyanatda deyilir ki, vəziyyətin daha da gərginləşəcəyi təqdirdə bunun üçün məsuliyyətin İsrailin hücumlarını qınamağa heç vaxt güc tapmayan ABŞ, Böyük Britaniya və Fransanın üzərinə düşəcək.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026