• Bakı 9° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Rusiyaya BÖYÜK ŞOK: İtkilərin sayı 298 minə çatır 

DÜNYA

27 Oktyabr 2023 | 09:57 | Müəllif: Qalib İbrahimoğlu

Rusiyaya BÖYÜK ŞOK: İtkilərin sayı 298 minə çatır

Son 24 saat ərzində Ukrayna Müdafiə Qüvvələri Rusiyanın daha  560 hərbçisini məhv edib.

Bakıvaxtı.az UNİAN-a istinadla xəbər verir ki. bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilir.

Qeyd olunub ki, 24 fevral 2022-ci ildən 27 oktyabr 2023-cü il tarixədək Rusiya Silahlı Qüvvələrinin şəxsi heyət arasında ümumi döyüş itkiləri təxminən 297 min 680 nəfər təşkil edib.

Məlumata görə, düşmənin onlarla texnikası da məhv edilib.

Belə ki, son sutkada daha dörd tank (5145 ədəd), 11 zirehli döyüş maşını (9726) məhv edilib. Məhv edilən texnikalar sırasında 7 artilleriya sistemi (7162); 6 ədəd avtomobil avadanlığı və sistern; 1 ədəd xüsusi texnika (1011) və bir ədəd əməliyyat-taktiki PUA da var.

Məhv edilmiş çoxsaylı buraxılış raket sistemlərinin sayı gün ərzində dəyişməz qalıb (834); hava hücumundan müdafiə vasitələri (556); təyyarələr (320), helikopterlər (324); qanadlı raketlər (1538); gəmilər/qayıqlar (20) və sualtı qayıqlar (1).

Murad Məmmədli


Rusiyaya BÖYÜK ŞOK: İtkilərin sayı 298 minə çatır
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026