• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Rusiyaya "işləyən" ukraynalı general həbs edildi

DÜNYA

14 Avqust 2023 | 15:02 | Müəllif: Subhan Mahmudov

Rusiyaya "işləyən" ukraynalı general həbs edildi

Məhkəmə Ukrayna Təhlükəsizlik Xidmətinin “A” Xüsusi Əməliyyat Mərkəzinin rəhbərinin birinci müavinini əmlakı müsadirə olunmaqla 12 il müddətinə azadlıqdan məhrum edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb. 

Məhkəmənin qərarı ilə SBU-nun keçmiş general-mayoru dövlətə xəyanətdə, terror aktına cəhddə, habelə odlu silah, döyüş sursatı və ya partlayıcı maddələrlə qanunsuz dövriyyədə təqsirli bilinib. Məlumata görə,  məhkum dövlət sirri olan məlumatları toplayıb və Rusiya Federasiyasının nümayəndələrinə ötürübmüş. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR