Ruslan Məmmədov (Eldaroğlu) İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsindən gedib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə R.Sabiroğlu sosial şəbəkə paylaşında bildirib.
Ruslan Sabiroğlu əməkdaşımızla söhbətində qeyd edib ki, bu vəzifədən aprelin 1-dən öz xahişi ilə ayrılıb.
“Səhhətimləəlaqədar olaraq, öz xahişimləİmişli Rayon İcra Hakimiyyəti başçının müavini, sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsindən ayrılmışam. Hazırda ev şəraitində müalicə alıram”.
Ruslan Sabirğolu bir neçə gündən sonra əməliyyat olunacağını deyib.
Qeyd edək ki, R.Eldaroğlu 2024-cü ilin may ayında İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilmişdi.
Onu da bildirək ki, o, daha əvvəl Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının mətbuat katibi vəzifəsində çalışıb.
Murad Məmmədli