“9 və 10 nömrəli avtobusların intervallarındakı gecikmələr bəzən 1 saatdan da çox olur”.
Bakıvaxtı.az-ın redaksiyasına bu tipli şikayətlər son zamanlar daha çox daxil olur. Sərnişinlər iddia edirlər ki, bu marşrutlarla yanaşı, həmin əraziyə işləyən digər avtobuslarda belə bir problrm yaşanmır.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Bakıvaxtı.az-a bildirib ki, avtobusların gecikməsinin əsas səbəbi yollardakı nəqliyyat çoxluğu ilə əlaqədardır: “Sözügedən 9 və 10 nömrəli marşrut xəttindəki yollar elədir ki, oralarda həmişə nəqliyyat sıxlığı, tıxac müşahidə olunur”.
Onun sözlərinə görə, bəzən olur ki, xəttə 10 avtobus çıxmalıdırsa, daşıyıcılar 9-nu göndərirlər: “Amma yenə də, yolda tıxac varsa, avtobus sayının artırılması problemi həll etmir”.
Problemin həllinə gəlincə, müsahibimiz hüsab edir ki, avtobus zolaqlarının şəbəkəsinin genişlənməsi və ən əsası, bu zolaqların tələbinə digər sürücülərin riayət etməsi problemi çözə bilər:
“Nə qədər çox avtobus zolaqlarının formalaşmasına nail olacağıqsa, bu zolaqlara nəzarət tədbirləri güclənərsə və digər sürücülər ora daxil olmazsa, o zaman intervallarda stabilləşmə olacaq”.
Nuranə Daxilqızı




%20(1)jpg-1681286375.webp)






jpg-1681284767.webp)
jpg-1681284500.webp)



