• Bakı 25° C

    4.21 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

"Sabah" Avropada yaşayan azərbaycanlılara müraciət etdi

CƏMİYYƏT

15 Oktyabr 2024 | 16:09

"Sabah" Avropada yaşayan azərbaycanlılara müraciət etdi

UEFA Gənclər Liqasının II təsnifat mərhələsində İsveçrə təmsilçisi “Bazel” klubunun 19 yaşadək futbolçulardan ibarət komandası ilə qarşılaşacaq "Sabah" klubu Avropada yaşayan azərbaycanlılara müraciət edib.

Bakıvaxtı.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi səfər matçında azarkeşləri tribunalardan dəstək verməyə çağırıb.

Matçı stadiondan izləmək istəyən tərəfdarların qeydiyyatdan keçməsi xahiş olunub. Həmin azarkeşlər qarşılaşmanı izləmək üçün biletlə təmin ediləcəklər.

Qeyd edək ki, "Bazel" və "Sabah"ın U-19 komandalarının görüşü oktyabırın 23-də, “St. Yakop-Park” stadionunda baş tutacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026