• Bakı 25° C

    3.36 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Sabah bu rayonda qaz olmayacaq

CƏMİYYƏT

20 Sentyabr 2022 | 13:03

Sabah bu rayonda qaz olmayacaq

Sabah Ağstafa rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Tbilisi” yüksək təzyiqli magistral qaz kəmərinin Ağstafa rayonu ərazisində olan hissəsində yaranmış qaz sızmasının ləğvi ilə əlaqədar sabah saat 10:00-dan etibarən işlər başa çatanadək “Ağstafa” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Ağstafa rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR