• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Sabah"ın futbolçusu karantin qaydalarını pozdu

İDMAN

22 Avqust 2021 | 20:46 | Müəllif: Subhan Mahmudov

"Sabah"ın futbolçusu karantin qaydalarını pozdu

"Sabah"ın futbolçusu Aleksey İsayev növbəti qalmaqalla gündəmə gəlib.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçisi bu dəfə karantin qaydalarını pozub.

Təqribən 3 gün öncə koronavirusa yoluxduğu üçün təcrid olunan oyunçu gəzintiyə çıxıb və bununla bağlı şəxsi instaqram səhifəsində paylaşım edib. Dağüstü parkdan foto paylaşan İsayev pandemiyanın geniş yayıldığı dönəmdə digərlərinin də həyatını təhlükəyə atıb.

Hadisənin üstü açıldıqdan sonra fotonu silən futbolçu daha sonra bunu təkzib edib.

Qeyd edək kİ, Aleksey İsayev daha əvvəl sosial şəbəkədəki paylaşımına şərh yazan erməni dostunu "qardaş" adlandırmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR