• Bakı 25° C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

“Sabah”ın yeni baş məşqçisi bəlli oldu

İDMAN

05 Mart 2024 | 11:34

“Sabah”ın yeni baş məşqçisi bəlli oldu

Futbol üzrə Misli Premyer Liqa təmsilçisi “Sabah”da yeni baş məşqçi təyinatı rəsmiləşib.

Bakıvaxtı.az xəbər verir ki, xorvatiyalı məşqçi Krunoslav Renduliçlə 1,5 illik müqavilə bağlanıb.

Renduliç məşqçi karyerası ərzində İranın “Fulad” (2014-2016) və bu ölkənin əsas milli komandasında (2022) köməkçi məşqçi, həmçinin Xorvatiyanın “İstra 1961” (2018/19), “Şibenik” (2019-2021), “Qoritsa” (2021-2022), Bosniya və Herseqovinanın “Zrinski” (2022-2023) klublarında baş məşqçi kimi çalışıb.

Xorvatiyalı məşqçi “Zrinski” ilə Bosniya və Herseqovina çempionu və kubokunu qazanıb (2022/2023), bu klubu UEFA Konfrans Liqasının qrup mərhələsinə çıxarıb (2023/2024).


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026