• Bakı 12° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sabiq nazirin oteli məhkəməyə verildi - SƏBƏB

CƏMİYYƏT

25 Noyabr 2021 | 12:38 | Müəllif: Subhan Mahmudov

Sabiq nazirin oteli məhkəməyə verildi - SƏBƏB

Yeni Qalaaltı Hotel Company MMC vergidən yayınmaya görə məhkəməyə verilib.

Bakıvaxtı.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, şirkət haqqında vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan Inzibati Xətalar maddəsi ilə cinayət işi başlanılıb.

İşə Bakı şəhər Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevin sədrliyi ilə baxılır. Qeyd edək ki, bu ilin avqust ayından Yeni Qalaaltı Hotel Company MMC qanuni təmsilçisi Nazim Süleymanov Fərman oğludur.

Nazim Süleymanov 2019-cu ilin sentyabrından "Qalaaltı Hotel & Spa”ya baş meneceri vəzifəsində çalışır. Xatırladaq ki, "Yeni Qalaaltı Hotel Company” 2014-cü ildə yaradılıb və 202 min manat nizamnamə kapitalına sahibdir.

Şirkətin əsl sahibi sabiq Vergilər naziri Fazil Məmmədov olduğu deyilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026