Tunisin "Esperans" klubunun futbolçusu Sabir Buqrin "Neftçi"yə qayıda bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə 27 yaşlı yarımmüdafiəçinin özü məlumat verib.
O, yenidən "ağ-qaralar"da çıxış etmək ehtimalının olduğunu söyləyib.
Qeyd edək ki, Sabir Buqrin 2020 - 2022-ci illərdə "Neftçi"nin formasını geyinib. Mərakeşəsilli belçikalı oyunçu 2020/2021 mövsümündə paytaxt klubu ilə Azərbaycan çempionu olub. /Report





jpg-1690175289.webp)










