Yol polisi Hacıqabul-Horadiz avtomobil yolunda baş verən qəza barədə məlumat yayıb.
Baş Dövlət Yol Polisi İdarəsindən Bakıvaxtı.az-a bildirilib ki, yolun 33-cü kilometrliyində “Hyundai Santa Fe” markalı avtomobilin aşması nəticəsində 5 nəfər xəsarət alıb. Onlardan 4-nə ilkin tibbi yardım göstərilib, 1 nəfərin isə xəstəxanada müalicəsi davam etdirilir.
***
11:17
Sabirabad rayonunda mikroavtobus aşıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Hacıqabul-Bəhərmtəpə magistralının Sabirabad rayonunun Qaratəpə kəndi ərazisindən keçən hissəsində baş verib. “Mercedes” markalı mikroavtobusun aşması nəticəsində sürücü və 7 sərnişin müxtəlif dərəcəli xəsarətlər alaraq Şirvan xəstəxanasına yerləşdirliblər.
Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.
















