• Bakı 9° C

    9.65 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Şabrandakı yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB

HADİSƏ

09 Iyul 2023 | 10:06 | Müəllif: Subhan Mahmudov

Şabrandakı yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində Şabran rayonu, Təkyə kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın geniş ərazilərə yayılmasına imkan verilmədən tam söndürülüb.

FHN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, yanğın nəticəsində təxminən 15 hektar sahədə quru ot, kol-kos, xəzəl və qurumuş ağac kötükləri yanıb.

Ətraf yaşayış məntəqələri, istirahət mərkəzləri, kommunikasiya xətləri və meşə yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə təsərrüfatı mərkəzinin əməkdaşları və bir qrup kənd sakini iştirak edib.

 

21:44, 08 iyul 2023

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində Şabran rayonu, Təkyə kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə təsərrüfatı mərkəzinin əməkdaşları və bir qrup kənd sakini cəlb olunub.

Əlavə məlumat veriləcək.

 

18:45

Şabranda mürəkkəb relyefli ərazidə yanğın başlayıb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“112” qaynar telefon xəttinə Şabran rayonu, Təkyə kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Hadisə ilə əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub.

Görülmüş operativ tədbirlər sayəsində yanğının kənd istiqamətində yayılmasının qarşısı alınıb. Hazırda havanın küləkli olması ərazidə yanğınsöndürmə əməliyyatını çətinləşdirsə də yanğınla mübarizə tədbirləri davam etdirilir.

Qeyd edək ki, bundan əvvəl Xızıda dağlıq-meşəlik ərazidəki yanğın baş vermişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026