• Bakı 23° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9753

    RUB - 2.1795

Quduzluq sağalır?

CƏMİYYƏT

16 Iyul 2025 | 15:29

Quduzluq sağalır?

"Quduzluq çox qədim zamanlardan bəlli olan bir xəstəlikdir". 

Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova deyib.

Onun sözlərinə görə, quduzluq heyvandan heyvana və insana ötürülən xəstəlikdir. İnfeksiya mənbəyi ət yeyən vəhşi heyvanlardır.

Xəstəliyin heyvanlarda inkubasiya dövrü 7-10 gündür. 

"Heyvan özünü aqressiv aparır, yemək və su içmir, sudan qorxma kimi hallar müşahidə olunur".

Mütəxəssis vurğulayıb ki, quduzluqdan sağalma mümkün deyil.

Onun sözlərinə görə, vətəndaşlar həkimlərin göstərişlərinə əməl etməlidir.

"Heyvan dişləmələri zamanı mütləq ilk yardım olaraq axar su ilə yuyulmalı və xəstəxanaya çatdırılmalıdır".

Mina Mikayılova


SON XƏBƏRLƏR