"Novruz tətilinə görə, daha doğrusu tətil günlərinin sayını daha da artırmaq üçün müəllimə sabah dərsə gəlməmələri üçün şagirdlərə söyüş qoyur..."
Bakıvaxtı.az xəbər verir ki, bunu dinşünas alim Elşad Miri sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, əvvəl buna inanmaq istəməsə də, hadisə övladının təhsil aldığı orta məktəbdə baş verdiyindən. başqa çarəsi qalmayıb. "Valideynlərin olduğu whatsapp qrupunda müəllimə ilə valideynlər arasında hər cür vasitəçilik edən xanımın sabah övladlarımızı məktəbə göndərməməyimizi tələb etməsi məsələnin bir tərəfə atılacaq addım olmadığını göstərdi. Etiraz edən 1-2 valideyn isə təbii ki, qrupdan çıxarıldı. Qalanlar isə «super, əla» sözləri ilə həmrəy oldular".
Dinşünas bildirib ki, həmin qrupu idarə edən vasitəçi valideynə də sinif rəhbəri olan müəllimə tapşırıq veribmiş: "Çünki müəllimə dərs dediyi kursda olacaq və vaxtını məktəbdə «öldürmək» istəmir".
"Buyurun, sadəcə bir məktəbdə iki fərqli müəllimə yanaşması... Sonra da şagirdlər dərsə gəlmədiyi üçün həmin gün dərs keçirilməyəcək.
Bunu yazdığıma görə həmin məktəb rəhbərliyindən, həmin müəllimələrdən orada tədris alan iki övladıma qarşı hansısa fərqli münasibət olacağı təqdirdə müvafiq addım atacağıma da söz verirəm. Çünki bu, sadəcə mənim işıqlandırdığımdı...", - deyə Elşad Miri əlavə edib.
Nuranə Daxilqızı
















