• Bakı 11° C

    9.06 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1189

Şahbaz Şərif Bakıdan qayıdan kimi bu qərarı ləğv etdi

SİYASƏT

10 Noyabr 2025 | 09:19

Şahbaz Şərif Bakıdan qayıdan kimi bu qərarı ləğv etdi

Pakistan Baş naziri Şahbaz Şərif baş nazirin toxunulmazlığı ilə bağlı qanun layihəsinin ləğvini tələb edib.

Bakıvaxtı.az xəbər verir ki, Şərif bu barədə sosial şəbəkədə açıqlama verib. O bildirib ki, Azərbaycandan qayıtdıqdan sonra bəzi senatorların Baş nazirin toxunulmazlığı ilə bağlı düzəliş təqdim etdiyini öyrənib və layihənin dərhal geri götürülməsini tapşırıb.

"Prinsipcə Baş nazir həm məhkəmə, həm də xalq qarşısında tam məsuliyyət daşımalıdır", - deyə Şahbaz Şərif vurğulayıb.

Qeyd edək ki, Şahbaz Şərif ötən gün Bakıda keçirilmiş hərbi paradda iştirak edib.


SON XƏBƏRLƏR

12 Dekabr 2025