• Bakı 22° C

    8.23 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Şahramanyan həbs edilə bilər 

DÜNYA

31 May 2025 | 09:41

Şahramanyan həbs edilə bilər 

Erməni separatçıların sonuncu "rəhbəri" Samvel Şahramanyan yenidən Ermənistanın İstintaq Komitəsinin Hərbi İstintaq Baş İdarəsinə dindirilməyə çağırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzeti yazıb.

Qəzetin məlumatına görə, dindirilmə qarşıdakı həftə baş tutacaq və 2020-ci il müharibəsi zamanı və ondan sonrakı dövrdə "vəzifə" səhlənkarlığı, eləcə də silah-sursatın təhvil verilməsi ilə bağlı başlanmış cinayət işi çərçivəsində aparılacaq.

 “ArmLur.am” saytı ötən gün yazıb ki, son bir ay ərzində Şahramanyan artıq 5-6 dəfə istintaq orqanlarına şahid qismində ifadə verməyə gedib. Onun vəkili Roman Yeritsyan istintaqın detalları ilə bağlı açıqlama verməkdən imtina etsə də, hüquq-mühafizə orqanlarına yaxın mənbələr işin dərinləşməkdə olduğunu təsdiqləyirlər.

“Joğovurd”un məlumatına əsasən, həmin cinayət işi çərçivəsində qondarma qurumun keçmiş “müdafiə naziri” Samvel Babayan da ifadə verib. Bu isə istintaqın məhz onun təqdim etdiyi məlumat və ya şahid ifadələri əsasında başlandığını ehtimal etməyə əsas verir. Hazırda istintaqın əsas fiquru qismində Şahramanyanın adı çəkilir.

Bütün bu proseslər Ermənistanda siyasi çalarlar almağa başlayıb. Xüsusilə də 2026-cı ildə gözlənilən siyasi dəyişikliklər ərəfəsində bəzi mərkəzlərin müəyyən fiqurlar üzərində “iş apardığı” bildirilir. İstisna edilmir ki, Samvel Şahramanyan barəsində həbs-qətimkan tədbiri də seçilə bilər.


SON XƏBƏRLƏR

31 May 2025