• Bakı 9° C

    12.67 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Şamaxıda bələdiyyə sədri cəzalandırıldı

CƏMİYYƏT

05 Dekabr 2023 | 21:00 | Müəllif: Subhan Mahmudov

Şamaxıda bələdiyyə sədri cəzalandırıldı

Şamaxı Rayon Polis Şöbəsinin və 6 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə birgə keçirilən tədbirlər zamanı Birinci Çaylı kəndi ərazisində məişət tullantılarının qalaqlanması aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələbləri pozulduğu üçün həmin kəndin bələdiyyə sədri barəsində protokol tərtib edilərək o, inzibati məsuliyyətə cəlb olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026