• Bakı 23° C

    1.17 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Şamil Ayrımdan səhhəti ilə bağlı AÇIQLAMA

CƏMİYYƏT

23 Noyabr 2022 | 18:36 | Müəllif: Subhan Mahmudov

Şamil Ayrımdan səhhəti ilə bağlı AÇIQLAMA

Hazırda müalicəm davam edir. Allaha şükür, yaxşıyam.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Axar.az-a səhhəti ilə bağlı açıqlamasında Türkiyə Böyük Millət Məclisinin deputatı, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım deyib.

“İnşallah, 10-15 gün içərisində xəstəxanadakı müalicə müddəti tamamlanacaq. Səhhətimlə maraqlanan, zəng edən, ziyarətimə gələn hər kəsə təşəkkür edirəm”, - Ayrım bildirib.

Qeyd edək ki, oktyabrın 20-də Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım və Türkiyə Böyük Millət Məclisinin AKP-dən olan deputatı Şamil Ayrımın olduğu avtomobil Zəngilan hava limanına gedərkən avtomobil qəzasına düşmüşdü.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026