• Bakı 10° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Göygöldə it döyüşdürən şəxslər həbs edildi

CƏMİYYƏT

23 Dekabr 2022 | 18:07 | Müəllif: Subhan Mahmudov

Göygöldə it döyüşdürən şəxslər həbs edildi

Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon ərazisində qanunsuz olaraq it döyüşdürən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, araşdırmalar nəticəsində məlum olub ki, Göygöl rayon Quşçu kənd sakini Abdulla Hüseynov və Çaykənd kənd sakini Elyaz Məhərrəmov qanunsuz olaraq özlərinə məxsus itləri döyüşdürüblər.

Həmin şəxslər saxlanılaraq Polis Şöbəsinə gətiriliblər və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq Maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə saxlanılan şəxslər 25 sutka inzibati qaydada həbs edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026