• Bakı 24° C

    5.8 m/s

"Səbail"dən Premyer Liqada yeni rekord

İDMAN

26 Avqust 2024 | 11:32

"Səbail"dən Premyer Liqada yeni rekord

“Səbail” Azərbaycan çempionatlarında özünün ən böyükhesablı qələbə rekordunu təkrarlayıb.

Bakıvaxtı.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın IV turunun “Kəpəz”lə ev görüşündə gerçəkləşib.

Paytaxt təmsilçisi Gəncə klubunu dörd cavabsız qolla üstələyib.

“Səbail” tarixində ikinci dəfə Premyer Liqa matçında 4 top fərqi ilə qalib gəlib. 2018-ci il noyabrın 10-da “Sabah”la qarşılaşmada da 4:0 hesabına sevinən “dənizçilər” həmin vaxt səfərdə qələbə qazanıb. Həmin nəticəni təkrarlayan “Səbail” evdə ən böyükhesablı qələbəsini rəsmiləşdirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026