• Bakı 26° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Səfər Mehdiyev belaruslu səfirlə görüşdü - FOTOLAR

İQTİSADİYYAT

04 Fevral 2022 | 15:28

Səfər Mehdiyev belaruslu səfirlə görüşdü - FOTOLAR

Fevralın 4-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov ilə görüşüb.

Dövlət Gömrük Komitəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, Səfər Mehdiyev Azərbaycanla Belarus arasında sağlam təməllər üzərində qurulan münasibətlərin formalaşmasında hər iki ölkənin prezidentlərinin fəaliyyətini xüsusi vurğulayaraq qarşılıqlı əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluğunu bildirib, əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Azərbaycanın Belarusla gömrük sahəsində də qarşılıqlı əməkdaşlıq əlaqələrindən razılığını bildirən Komitə sədri bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gömrük işinin səmərəli təşkili istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verən Səfər Mehdiyev tətbiq edilən yeniliklərin beynəlxalq ticarətin təhlükəsiz, asan və sürətli şəkildə reallaşdırılmasına, gömrük prosedurlarının sadələşdirilməsinə şərait yaratdığını bildirib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin gömrük sistemində aparılan islahatları yüksək qiymətləndirən Belarusun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov iki dost ölkə arasında bütün sahələrdə, o cümlədən gömrük sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb, qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib.

Görüşdə, eyni zamanda qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb, birgə əməkdaşlığın perspektivləri müzakirə olunub.


Səfər Mehdiyev belaruslu səfirlə görüşdü - FOTOLARSəfər Mehdiyev belaruslu səfirlə görüşdü - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026