• Bakı 21° C

    3.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Səfir zəlzələ bölgəsində daha çox nələrə ehtiyac olduğunu açıqladı

CƏMİYYƏT

14 Fevral 2023 | 14:27 | Müəllif: Qalib İbrahimoğlu

Səfir zəlzələ bölgəsində daha çox nələrə ehtiyac olduğunu açıqladı

"Bu günə qədər Azərbaycandan Türkiyəyə zəlzələ ilə əlaqədar 25 minə yaxın ədyal, 441 ton tibbi ləvazimat 1297 ədəd generator göndərilib".

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı bu gün keçirdiyi brifinqdə  deyib.

Onun sözlərinə görə, bu günə qədər zəlzəzələ bölgəsinə TIR-larla, təyyarələrlə 5 624 çadır çatdırılıb: "Bunların bir qismi 30 nəfərlik çadırlardır. 6240 ədəd qızıdırıcı göndərilib. 737 ton qida məhsulları da göndərilib”.

Hər bir yardımın önəmli olduğunu qeyd edən səfir bildirib ki, yardım edilən geyim məhsulları kifayət qədər olduğu üçün bu məhsulların hələlik göndərilməməsini tövsiyə edib: “Hazırda generator, çadır kimi məhsullara ehtiyac var”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026