“Bir ara müxrəlif ölkələrdən Azərbaycana gəlib ovçuluqla məşğul olanların sayı artmışdı”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin 2023-cü il 17 oktyabr tarixli iclasında Sabir Rüstəmxanlı deyib.
“Onlar müəyyən vəsaitlə gəlib nadir heyvanlarımızın kökünü kəsirdi. Halbuki o vəsaitin dövlət büdcəsinə də heç bir xeyri yoxdurş. İstərdim, Ekologiya Nazirliyi bu haqda nəsə etsin. Qızılağac Qoruğuna getmişdim, səhərdən axşama ov edirlər, orda quş qalar? Dağlarda nadir təbii sərhədlərimiz qalıb. Ov etmələrinə qadağa qoymaq lazımdır”.
Aytac Aslan
















