• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Şəhid hərbi pilot Rəşad Atakişiyevin xatirəsi yad edildi - FOTOLAR

CƏMİYYƏT

24 Iyul 2023 | 16:43

Şəhid hərbi pilot Rəşad Atakişiyevin xatirəsi yad edildi - FOTOLAR

Təlim-məşq zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin hərbi pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin həlak olmasının 4-cü ildönümü ilə əlaqədar müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov və bir qrup hərbi qulluqçu İkinci Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Şəhid hərbi pilotumuzun məzarı ziyarət olunub, üzərinə əklillər qoyulub, xatirəsi ehtiramla yad edilib.
Anım mərasimində polkovnik-leytenant R.Atakişiyevin şərəfli döyüş yolundan, vətənpərvərliyindən, yüksək peşəkarlığından, döyüş əzmindən və bir zabit olaraq milli-mənəvi dəyərlərimizə bağlılığından söhbət açılıb.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandana və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.


Şəhid hərbi pilot Rəşad Atakişiyevin xatirəsi yad edildi - FOTOLARŞəhid hərbi pilot Rəşad Atakişiyevin xatirəsi yad edildi - FOTOLARŞəhid hərbi pilot Rəşad Atakişiyevin xatirəsi yad edildi - FOTOLARŞəhid hərbi pilot Rəşad Atakişiyevin xatirəsi yad edildi - FOTOLARŞəhid hərbi pilot Rəşad Atakişiyevin xatirəsi yad edildi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026