• Bakı 19° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Səid Mollai dünya reytinqdə üç pillə geriləyib

İDMAN

19 Dekabr 2023 | 21:10 | Müəllif: Subhan Mahmudov

Səid Mollai dünya reytinqdə üç pillə geriləyib

Beynəlxalq Cüdo Federasiyası Tokioda keçirilən “Böyük Dəbilqə”nin yekununa əsasən, yeni reytinq cədvəlini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan millisinin idmançılarının da mövqelərində dəyişikliklər olub.

Səid Mollai (81 kq) üç pillə geriləyib və 9-cu yerdə qərarlaşıb. Murad Fətiyev (90 kq) isə əksinə, mövqeyini yaxşılaşdırıb. O, iki pillə irəliləyərək 16-cı olub.

Digər idmançılarımızın yerləri dəyişməyib. Hidayət Heydərovun (73 kq) liderlik etdiyi reytinq cədvəlində Zelim Kotsoev (100 kq) ikinci, Balabəy Ağayev (60 kq) beşinci, Yaşar Nəcəfov (66 kq) 9-cu, Uşanqi Kokauri (+100 kq) 14-cü pillədədir.

Qadınların arasında Leyla Əliyeva (48 kq) bir pillə irəliləyərək 21-ci, Gültac Məmmədəliyeva (52 kq) isə 13-cü yerdə mövqe tutub./idmanbiz


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026