• Bakı 15° C

    0.84 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Selin Dion səhnəyə qayıdır? 

MƏDƏNİYYƏT-ŞOU

23 Aprel 2024 | 16:18

Selin Dion səhnəyə qayıdır? 

Kanadalı müğənni Selin Dion yeni müsahibəsində səhnəyə qayıtmaqla bağlı fikirlərini bölüşüb.

Bakıvaxtı.az sənətçi bu barədə “Vogue” jurnalının müxbirləri ilə söhbət edib.

Sərt əzələ sindromundan əziyyət çəkən 56 yaşlı Dion etiraf edib ki, son 4 ildir səhnəyə qayıdıb-qayıtmayacağı sualına cavab verə bilmir.

“Hazırda ayağa qalxıb deyə bilmirəm: bəli, dörd aydan sonra oxuyacağam. Bilmirəm bədənim mənə imkan verəcək ya yox. Sadəcə gözləmək istəmirəm.

Çətindir, çox çalışıram, sabah daha çətin olacaq. Amma iradə, arzu və əzmimi məndən almaq olmaz”.  

Qeyd edək ki, 2022-ci ilin dekabrında Selin Diona sərt əzələ sindromu adlı nevroloji xəstəlik diaqnozu qoyulub. Bu, mərkəzi sinir sisteminə təsir edən, nəzarətsiz, ağrılı əzələ spazmlarına səbəb olan nadir otoimmün hərəkət pozğunluğudur. 2023-cü ilin dekabrında isə ifaçının bədəninə nəzarəti itirdiyinə dair məlumatlar ortaya çıxıb.

Günəş Mərd 


SON XƏBƏRLƏR

03 May 2024