• Bakı 10° C

    5.02 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Şəmkirdə bir saatda 36 baş inək tələf oldu - VİDEO

CƏMİYYƏT

09 Iyun 2024 | 19:02 | Müəllif: Subhan Mahmudov

Şəmkirdə bir saatda 36 baş inək tələf oldu - VİDEO

Şəmkirdəki fermaların birində 36 baş iribuynuzlu heyvan bir günün içində qəfildən tələf olub.

Bakıvaxtı.az Baku TV-ə istinadən xəbər verir ki, təsərrüfat sahibi Anar Məmmədovun sözlərinə görə, hadisə heyvanlar xəstəliklərə qarşı dərmanlandıqdan sonra baş verib:

"Neastol" adı ilə aldım, 48 heyvanı çimizdirib çölə buraxdım. Bir saat ərzində 36 baş iribuynuzlu heyvan tələf oldu. Mən bilmək istəyirəm ki, bu dərman harada istehsal olunur?"

Heyvandarlıqla məşğul olan digər təsərrüfat sahibləri isə bildiriblər ki, Anar Məmmədovun istifadə etdiyi dərmanın "Neastol" məhlulu olması, ümumiyyətlə, şübhə doğurur.

Hadisədən dərhal sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Baytarlıq Xidmətinin yerli bölmələri tərəfindən müvafiq addımlar atılıb.

Qeyd edək ki, heyvanların kütləvi tələf olmasının dəqiq səbəbi AQTA-nın apardığı laborator müayinələrin nəticələri əsasında bilinəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR