• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Sənsiz bir tərəfim əskikdir" - Xatun Əliyeva

MƏDƏNİYYƏT

23 Fevral 2023 | 11:14

"Sənsiz bir tərəfim əskikdir" - Xatun Əliyeva

"Sənsiz daha iki il də keçdi. Öyrəşmədim, öyrəşmirəm də. Yaşayıram, nəfəs alıram, işləyirəm, ayaqda dururam, durmağa da çalışıram. Amma yarımçığam, Balaş".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva mərhum qardaşı, stilist Balaşın ünvanına yazıb. Sənətçi qardaşının şəkillərini paylaşaraq, onun ölümündən 2 il keçdiyini vurğulayıb:

"Sənsiz elə bil bir tərəfim əskikdir. Getdiyim hər yerə səni də yanımda aparıram. Hər işimdə sən yanımdasan kimi hiss edirəm. "Xatuş, bəzənməyə neçədə gələcəksən?" deyə, mənə zəng etməyini, "Xatuş necə oldun, səsin düzəldi, az əsəbiləş. Heç nəyi vecinə alma, hər şey yaxşı olacaq" sözlərin üçün o qədər darıxdım ki... Sən varsan, həmişə yanımdasan kimi yaşamağa, səni yaşatmağa davam edəcəyəm. Sənin üçün o qədər darıxmışam ki... Səni çox sevirəm, canımın parçası, dəniz gözlü Balaşım. Nurlar içində yat". 


"Sənsiz bir tərəfim əskikdir" - Xatun Əliyeva"Sənsiz bir tərəfim əskikdir" - Xatun Əliyeva
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026