Fransanın Kale şəhərindən İngiltərənin Folkestone şəhərinə gedən sərnişin qatarında nasazlıq yaranıb.
Bakıvaxtı.az xəbər verir ki, yüzlərlə sərnişin kanal tunelində saatlarla qatarda qalmalı olub. Daha sonra onlar başqa qatarla Folkestone terminalına aparılıblar.
Hadisədən sonra dəmiryol operatoru Eurotunnel Le Shuttle nasazlığa görə sərnişinlərdən üzr istəyib.
Nasaz qatarda olan 37 yaşlı Sara Fellows verdiyi açıqlamada baş verənləri "dəhşətli ihadisə" adlandırıb: "Bu, fəlakət filmi kimi idi. Nə baş verdiyini anlamadan sonsuz bir yerdə gəzirsən. Hamımız dənizin altında gözlədik" .
Təqaüdçülər bildiriblər ki, tuneldə panikaya düşən bir qadın ağlayıb, təkbaşına səyahət edən digər qadın isə panik atak keçirib.
Dünyanın üçüncü ən uzun dəmir yolu tuneli olan kanal tuneli, eyni zamanda 37,9 kilometr uzunluğu ilə dünyanın ən uzun sualtı keçidinə malikdir.
Aytac Aslan

















