• Bakı 17° C

    3.44 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Orta məktəbdə MALİYYƏ POZUNTUSU: Direktor işdən çıxarıldı

CƏMİYYƏT

18 Mart 2024 | 15:32

Orta məktəbdə MALİYYƏ POZUNTUSU: Direktor işdən çıxarıldı

Şərur rayon Təhsil Şöbəsi tərəfindən Muğancıq-Mehrab kənd tam orta məktəbində aparılan yoxlamalar zamanı məktəbin direktoru Sinduz Cəfərovanın fəaliyyəti dövründə maliyyə pozuntusuna və vəzifə səlahiyyətlərində nöqsanlara yol verdiyi aşkarlanıb.

Bakıvaxtı.az APA-ya istinadın xəbər verir ki, Şərur rayon Təhsil Şöbəsinin təqdimatı əsasında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müvafiq əmri ilə Sinduz Cəfərova Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 15 mart 2024-cü il tarixində vəzifəsindən azad olunub.

    Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələrində şəffaflığın təmin olunması məqsədilə aparılan tədbirlər bundan sonra da davam etdiriləcək. 


    SON XƏBƏRLƏR