Müğənni Sevda Yəhyayeva ikinci qızına verəcəyi adı açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, sənətçi bu barədə “Maqazin plus” verilişinə danışıb.
O, bir neçə ay sonra dünyaya gələcək qızına “Aida” adını verəcəyini deyib: “Ana olmaq çox gözəl hisslərdir. Düzdür, çox çətindir, asan heç nə yoxdur. Bu hissləri sözlə ifadə etmək mümkün deyil. Bu hissləri bütün arzusunda olan xanımlara arzulayıram. İnşallah, qızım sağ-salamat dünyaya gəlsin. Ona Aida adını verəcəyik”.
Qeyd edək ki, Sevda Yəhyayeva həkim-genetik Zakir Bayramovla ailəlidir. Cütlüyün bu nikahından Ayla adlı bir qız övladları var.
Ziyafət Əlisoy