• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Şeyxin işdən çıxarılan qohumunun yerinə təyinat

CƏMİYYƏT

14 Oktyabr 2024 | 14:10 | Müəllif: Qalib İbrahimoğlu

Şeyxin işdən çıxarılan qohumunun yerinə təyinat

FHN-in Mülki Müdafiə Qoşunlarının Tibb Xidmətinə yeni rəis təyin edilib.

Bakıvaxtı.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq Əmri ilə Fuad Məmmədov sözügedən xidmətə rəis təyin olunub.

O, bu təyinatadək Şamaxı şəhərində həkim kimi çalışıb.

Qeyd edək ki, ötən ilin oktyabr ayında FHN-in Mülki Müdafiə Qoşunlarının Tibb Xidmətinin rəisi, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin yaxın qohumu Elçin Əligülov vəzifəsindən azad edilmişdi. Onun yerinə həmin qurumun Tibb Xidmətinin rəis müavini Ərəstun Əliyev müvəqqəti olaraq rəis əvəzi təyin olunmuşdu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR