• Bakı 23° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Səyyar “ASAN xidmət” Qaxda

CƏMİYYƏT

03 Sentyabr 2024 | 16:10

Səyyar “ASAN xidmət” Qaxda

“ASAN xidmət”in müasir texnoloji avadanlıqla təchiz edilmiş xüsusi avtobusu sentyabrın 3-dən başlayaraq Qax şəhərində sakinlərə səyyar formada xidmət göstərir.

Bakıvaxtı.az xəbər verir ki, əhaliyə səyyar formada xidmətlərin göstərilməsi üçün Qax şəhərinin mərkəzində, əhalinin gediş-gəlişinin sıx olduğu küçədə xüsusi yer ayrılıb. Burada xidmətlərin göstərilməsi üçün hər cür şərait yaradılıb. Sakinlər əvvəlcə məlumat bürosuna yaxınlaşır, daha sonra növbə əsasında avtobusa daxil olur, müraciətlərini edirlər.

“ASAN xidmət”in səyyar avtobusunun qrup rəhbəri Namiq Mahmudovun verdiyi məlumata görə, xidmətlər Azərbaycan Respublikasının Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, daşınmaz əmlakla bağlı, həmçinin funksional yardımçı xidmətlər daxildir. Bu xidmətlərdən ətraf rayonların sakinləri də yararlana biləcəklər.

Əsas məqsəd dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Səyyar “ASAN xidmət” Qaxda sakinlərə sentyabrın 30-dək xidmət göstərəcək.


SON XƏBƏRLƏR

14 Sentyabr 2024