• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Şimali Koreya nüvə sınaqlarını bərpa etdiyini açıqladı

DÜNYA

18 Aprel 2022 | 09:00

Şimali Koreya nüvə sınaqlarını bərpa etdiyini açıqladı

Koreya Xalq Demokratik Respublikası (KXDR) nüvə sınaqlarını bərpa etdiyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə rəsmi KCNA xəbər agentliyi məlumat yayıb.

“Yeni tip taktiki idarəolunan silah qabaqcıl uzaqmənzilli artilleriya bölmələrinin atəş gücünü kəskin şəkildə yaxşılaşdırmaq və taktiki nüvə silahlarının effektivliyini artırmaq üçün böyük əhəmiyyət kəsb edir”, - KXDR bildirib.

Cənubi Koreya ordusu şımalın dənizə qısa mənzilli iki raket buraxdığını təsdiqləyib.

BBC qeyd edir ki, yeni sınaqlar KXDR-in yaxın gələcəkdə taktiki nüvə silahlarını sınaqdan keçirməyi planlaşdırdığına sübut ola bilər.

Qeyd edək ki, aprelin 18-də ABŞ-Cənubi Koreya birgə hərbi təlimləri də start götürüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR