• Bakı 10° C

    7.09 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Şirvanda 15 min manatlıq dələduzluq - saxlanılan var

HADİSƏ

26 Oktyabr 2024 | 12:11

Şirvanda 15 min manatlıq dələduzluq - saxlanılan var

Şirvanda dələduzluq edən şəxs saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan Regional qrupundan məlumat verilib.

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən Fərhad Xəlilov saxlanılıb.

Saxlanılan şəxs zərərçəkənlərin etibarından sui-istifadə edərək onlara yüksək məvacibli işlə təmin olunmalarında köməkliklər göstərəcəyi barədə yalan vədlər verib. F.Xəlilov ümumilikdə 15000 manat pulu dələduzluq yolu ilə ələ keçirib. F.Xəlilov barəsində məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Saxlanılan şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.


Şirvanda 15 min manatlıq dələduzluq - saxlanılan var
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026