Rusiya və Macarıstan xarici təzyiqlərə qarşı birgə çalışmalıdırlar.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında bildirib.
"Biz qərarlarımızı qəbul edərkən milli maraqlarımızı əsas götürürük. Rusiya prezidenti Vladimir Putin və Macarıstanın Baş naziri Viktor Orban bir çox mühüm əməkdaşlıq məsələlərini müzakirə ediblər ki, bu da əlaqələrimizə yeni təkan verir", - Siyarto bildirib.
Nazir əlavə edib: "Biz qətiyyətlə işləməli və bizə edilən təzyiqlərə müqavimət göstərməliyik. Əməkdaşlığımızın göstəricilərini artırmaq üçün sıçrayış etməliyik".
Əli Hüseynov
Bakı 



