• Bakı 28° C

    4.25 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Söküləcək binanın sakinləri harada məskunlaşacaqlar?

CƏMİYYƏT

15 Avqust 2022 | 10:37 | Müəllif: Subhan Mahmudov

Söküləcək binanın sakinləri harada məskunlaşacaqlar?

Xəbər verdiyimiz kimi, Bakının Nizami rayonunda daha bir yaşayış binasının sökülməsinə başlanılıb.

Bakıvaxtı.az Trend-ə istinadən bildirir ki, bina Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yerləşir.

Həmin binadan artıq sakinlərin köçürülməsinə başlanılıb.

Bina sakinlərin Trend-ə verdiyi məlumata görə, tikintini aparacaq şirkətlə razılığa gəlinərək, müqavilələr bağlanıb. Sakinlərə əvvəl yaşadığı mənzilin otaq sayına görə kirayə haqqı ödənilir. Artıq bir neçə ailə kirayə mənzillərə köçürülüb. Onların sözlərinə görə, binaların yerində 14-16 mərtəbəli binalar tikiləcək və sakinlərə veriləcək yeni mənzillərin sahəsi isə indikindən 20 faiz böyük olacaq. Tikiləcək çoxmərtəbəli yaşayış binalarının 2 il müddətində istifadəyə verilməsi nəzərdə tutulur.

Qeyd edək, həmin ünvanda yerləşən binalardan biri artıq bir neçə ay əvvəl sökülüb. Ərazidəki 11 binanın mərhələli şəkildə sökülməsi nəzərdə tutulur. İlkin mərhələdə 5, növbəti mərhələdə isə 6 bina söküləcəyi gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026