“Praqa görüşü Azərbaycanın uğuru olmaqla yanaşı, regionda yeni proseslərin də əsasını qoydu”.
Bakıvaxtı.az xəbər verir ki, bunu millət vəkili Soltan Məmmədov Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı bildirib.
Deputat deyib ki, son dövrdə Fransa prezidentinin Azərbaycan-Ermənistan münasibətlərinə töhfə vermək niyyətlərinə şahidlik edirik: "Lakin bəzi erməni parlamentarilərin sentyabr təxribatlarını fərqli təqdim etdiklərini görürük. Əlbəttə, Fransada Azərbaycanın Avropa üçün rolunu görən, ölkəmizin haqlı mövqeyindən xəbərdar olan siyasətçilər də var. Buna görə də Azərbaycan-Fransa parlamentlərarası işçi qrupunun sədri kimi bu ölkənin parlamentarilərini hadisələrə obyektiv qiymət verməyə çağırıram”, - deyə deputat əlavə edib.
Nuranə Daxilqızı















